Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

OXUMA,OXUMA MƏNİ,AY YAZIQ

Email :15

OXUMA,OXUMA MƏNİ,AY YAZIQ

Mənimlə gedənin yolları bitməz,
Mənimlə gedənin ayağı yalın!
Mənimlə gedəndən kimsə soruşmaz–
Yolun hayanadı, necədi halın?..
“”””””””””””””””””””””””””””
Kim məni oxuyar,yazıqdan-yazıq!..
Kim məni oxuyar,yuxu nə? Bilməz!..
Çarığı dəmirdən,əsası nallı
Dərviş olub,lal yollardan çəkilməz.

Kim məni oxuyar,yanar oduma,
Kim məni oxuyar,olar tar-kaman.
Nə yeməz,nə içməz,nə almaz nəfəs,
Nə məkan tanımaz,nə də ki,zaman…

Kim məni oxuyar,olar lüt-üryan,
Nə evi-eşiyi,yuvası olmaz.
Gəzər qərib-qərib,gəzər pərişan,
Nə səbri kəsilməz,odu soyumaz…

Kim məni oxuyar,məndən beş bətər
Çəkər də tərsinə siqaretini.
Yalvarmaz-yaxarmaz,nə ağrı duymaz,
Yarsan ürəyiini,kəssən ətini…

…Nə arayıb tapacaqsan məndə sən?
İçim də,çölüm də day,qaziq-qazıq.
Torpağın dən görməz,arxın damla su,
Oxuma,oxuma məni,ay yazıq!..

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts