Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

OLA BİLSİN

Email :19

OLA BİLSİN



Bir sevgi istərəm müqəddəs,təmiz

Qəlbin özəyinə həkk ola bilsin.

Ömrün yollarında salır salsın iz

Nə şübhə,nə ona şəkk ola bilsin.

*

Yaşasın ağ üzlə,qara üzlə yox

Səs salsın eşqiylə,solğun izlə yox

Tərifi dil deyən bircə sözlə yox

Həm də ilk baxışla dərk ola bilsin.

*

“Biz” desin,olmasın “mənəm-mənəm”i

Bıçaqsız,xəncərsiz yarsın sinəmi

O qədər vüsala versin önəmi

Həsrət dirəşmədən tərk ola bilsin.

*

Tamam xali olsun qınaq yükündən

Vəfanı götürsün Məcnun kökündən

Qəlbi yumşaq olsun Qunun tükündən

Dözümü daşdan da bərk ola bilsin.

*

Oyunu olmasın fələk oyunu

Ağ üzlə göstərsin elə soyunu

Elə böyütsün ki, ərkin boyunu

Məndə də bu eşqə ərk ola bilsin.



Nazlı Hacılı.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts