Şair ve Yazarların Buluşma Sayfası

Sakit Məmmədov

Niyə şair etdin məni,İlahi?~

Email :3

Niyə şair etdin məni,İlahi?~

Fələyin mənimlə nədir qərəzi?
Niyə şair etdin məni, İlahi?
Köçdürdün qəlbimə payız əvəzi,
Dumanı,nisgili,çəni,İlahi.
Niyə şair etdin məni, İlahi?

Bir gözüm ağlayır,bir gözüm gülür.
Bir yetim görəndə dizim bükülür.
Arxalı “itlər” də üstümə hürür,
Günahım böyükmü yəni,İlahi?
Niyə şair etdin məni, İlahi?

Qurandan oxuyub,tanıdım səni,
Özün öyrətmisən düzlüyə məni.
Susdur kasıblara gülən “kimsəni”,
Qıyma ki, etsinlər, “təni” , İlahi.
Niyə şair etdin məni, İlahi?

Sakit, şəhid ərşi “kül” çıxıb oddan,
Az qalıb, Qarabağ çıxacaq yaddan.
Əhli Azərbaycan keçəcək candan,
Paylaşsan məndəki qəmi,İlahi,
Niyə şair etdin məni, İlahi?
Niyə şair etdin məni, İlahi?



Sakit Memmedov
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts