Şair ve Yazarların Buluşma Sayfası

Seadet Rzayeva

NİYƏ MƏN

Email :3

NİYƏ MƏN

Unutmaq istədikcə,
çox düşürsən yadıma.
Aman, Allah bu nədi?
vaxt da çatmır dadıma.

Uydurduğun nağılla
könlümü mest eylədin.
Sevgi dolu dünyamı
Sonra,alt- üst eylədin.

Səni itirən gündən
düşmən oldum bextimə.
Günahsız bir günahsan,
niyə girdin ömrümə?

Yarım- yarımçıq qaldı
Bu məhəbbət qəlbimdə.
Möcüzesiz möcüzəm,
Bir vaxt xoşbəxtdim ,mən də.

Ağrıyan ürəyimlə
dərdim böyüyür hər an.
Bir Allah bilir ,necə,
içimi yeyir zaman.

Elə bilirdim “eşqi “
sən yaxşı taniyirsan,
Məğər özün- özünü
heç yaxşı tanımırsan.

Sual dolu həyatda
tək sualım var sənə.
Noldu, niyə dəyişdin,
Söylə, axı səbəb nə?

Söylə, axı niyə mən?

Seadet Rzayeva Qerib
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts