Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

NİYƏ GƏLMİR..

Email :15

 

NİYƏ GƏLMİR..

İlahi gözümün kökü saraldı,
Əl-ayaq çəkildi,qaş da qaraldı,
Könlümdə özünə hicran yer aldı,
Görəsən vəfasız yar niyə gəlmir?

Yəqin unudubdur yar yolu,izi,
Heç gözümdən getmir atəşli gözü,
Yaman kövrəlmişəm bu axşam düzü,
Axı ona sözüm var,niyə gəlmir?

Heç insaf yoxmudur görən bu yarda,
Çoxmu qalacağam mən intizarda?
Ürəyim qüssədə,can ahu-zarda,
Dünya olub mənə dar,niyə gəlmir?

Nə vəfası qalıb,nə ehtibarı,
Aparıb ömrümdən yazı,baharı,
Gəlmirsə,bir xəbər göndərə barı,
Edib məni peşman,xar niyə gəlmir?

Nazlı Hacılı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts