Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Nəyimə Gərəkdi

Email :15

Nəyimə Gərəkdi… 

 (Sənəm Səbayelin eyni adlı şeirinə nəzirə)

Haram yolla yığılmış,
Pul nəyimə gərəkdi…
Onsuz da qul kimiyəm,
Qul nəyimə gərəkdi…

On ildə bir dəst geyim,
Yox imkanım, neyləyim,
Çoxdan ölüb eşşəyim,
Çul nəyimə gərəkdi…

Avropadan “yel” əsdi…
Ölən milli həvəsdi,
Qarışqa mənə bəsdi,
Fil nəyimə gərəkdi…

Sədləri aşmıramsa,
Dəryadək coşmuramsa,
Əgər danışmıramsa,
Dil nəyimə gərəkdi…

Ölən günü hayxırıb,
Üçdə, yeddidə tıxıb,
Qırxımız çoxdan çıxıb,
İl nəyimə gərəkdi…

Mənliyimiz sökülüb,
Neçə boyun bükülüb,
Dağlara dağ çəkiib,
Çöl nəyimə gərəkdi…

Kənarları hörülən,
Bizə haram görülən,
Ekranda göstərilən,
Göl nəyimə gərəkdi…

Nə taqət qalıb, nə hal,
Çingiz edir qeylü-qal,
Varsa üzdə qoşa xal,
Çil nəyimə gərəkdi…

15.09. 2016.
Çingiz Kürdəmirli
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts