20 YANVAR ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ!
NƏRGİZ GƏTİRMİŞƏM!..
Qalx ayağa igid balam,
Sənə nərgiz gətirmişəm.
Qalx ayağa şəhid balam,
Sənə nərgiz gətirmişəm.
Qərənfillər şəhid olub,
Üstü -başı qanla dolub.
Nə olubsa,mənə olub…
Sənə nərgiz gətirmişəm.
Oxşamışam səhər axşam,
Sevə-sevə bitirmişəm.
Qalx ayağa şəhid balam,
Sənə nərgiz gətirmişəm.
Rənginə bax-sən seçdiyin,
Gəlinliyin rəngindədir…
Ətrinə bax – o sevdiyin,
Saçlarının ətrindədir…
Qalx ayağa igid balam,
Könlüm,hələ cəngindədir!..
Şəhid olan qərənfilin,
Al-qırmızı rəngindədir!..
Sənə nərgiz gətirmişəm,
Küsmə deyə qərənfildən…
Şəhidlər ölməz!- deyirler,
Vətən bölünməz!-deyirlər.
Qalx ayağa sən qəfildən!
Sənə nərgiz gətirmişəm…
Raifə Sərxanqızı
18.01.2014 15.52
Bakı Azərbaycan





