Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Tamara Rustamova Tənha Bulud

Nədi ki

Email :15
Tamara Nadirova Tenha Bulud

Nədi ki



Sən ki varsan ,sanıram cahi-cəlalım vardır,
Könlümdə təxtinə bax,təxti-Süleyman nədi ki?


Gecə-gündüz sənin eşqində vəfa heykəliyəm,
Könlümün sultanısan,Misirdə sultan nədi ki?


Ciyərim yansa da hicrinlə bu eşqin yoluna,
Şəhid olsam yeri var,qətlimə fərman nədi ki?


O əziz surətini etsə ziyarət bu gözüm,
Ruhuma məlhəm odur,təbibi-loğman nədi ki?


Qıymasın gərdişi-dövran mənə həsrətlə ölüm,
Fərağındı Qiyamət, zəlzələ-tufan nədi ki?


Mən ki bu cismü-canı eşqə fəda eyləmişəm,
Etmişəm razi-niyaz,Minada qurban nədi ki?


Nəfəsin dəydiyi hər guşə səcdəgaha dönüb,
Ruhuma oldu vətən,cənnəti -Rizvan nədi ki?
Axı Tənha Buludun sidq ilə aşiqdi sənə,

Əmrinə müntəzirəm,verməyə bir can nədi ki?


08.05.2020
Tamara Nadirova Tenha Bulud
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts