Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Nədən Öyrətdin

Email :15

Nədən Öyrətdin

Kədərli könlümün qəmli ahəngi,
Dəyişir gözümdə dünyanı sanki.
Yetim qalacaqdı, sonda bu sevgi,
Nədən bəs öyrətdin məni özünə?

Sən ki, özgəsinə bəxtdən pay idin,
Başqa bir könüldə hay-haray idin,
Mənimçün əlçatmaz ulduz, ay idin,
Nədən bəs öyrətdin məni özünə?

Bu sevgi çiçək tək solacaq idi,
Əl atıb saçını yolacaq idi,
Yalanın qurbanı olacaq idi,
Nədən bəs öyrətdin məni özünə?

Kədərin əlində büküləcəkdim,
Xəzələ dönəcək, töküləcəkdim,
Yenə tənhalığa çəkiləcəkdim,
Nədən bəs öyrətdin məni özünə?

Söz verdin – dərdimi ovudacaqdın,
Bu yatmış bəxtimi oyadacaqdın,
Sən ki, varlığımı unudacaqdın,
Nədən bəs öyrətdin məni özünə?

Sevincim, kədərə qısılı qalıb,
Təsəllim gümandan asılı qalıb,
Könlümün boynuna, qolunu salıb,
Nədən bəs öyrətdin məni özünə?

Destegül Zamanlı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts