Şair ve Yazarların Buluşma Sayfası

Eziz Musa

NƏ YAXŞI Kİ

Email :3

NƏ YAXŞI Kİ

Könlümdə ruh kimi bəslədim səni,
Gecə də, gündüz də səslədim səni.
Əl açıb göylərdən istədim səni,
Canım, nə yaxşı ki, ömrümə gəldin.

Güllərin nazlısı, güllərin təri,
Necədə qəşəngsən, ay nazlı pəri,
Sən ey həyatımın nurlu səhəri,
Canım, nə yaxşı ki, ömrümə gəldin.

Gül-çiçək içindən mən səni dərdim,
Səni görən gündən olmadı dərdim,
Bəs sən olmasaydın mən neyləyərdim?
Canım, nə yaxşı ki, ömrümə gəldin.

Sən mənə sevdirdin bütün dünyanı,
Sənə qurban dedim bu şirin canı,
Ey könül mülkünün nazlı ceyranı,
Canım, nə yaxşı ki, ömrümə gəldin.

Cənnətin qapısın açdın üzümə,
Bal qatdın nəğməmə, hər bir sözümə,
Qayıtdım təzədən özüm, özümə,
Canım, nə yaxşı ki, ömrümə gəldin.

ƏZİZ MUSA.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts