Şair ve Yazarların Buluşma Sayfası

Təvəkkül Goruslu

NƏ VAXTDI

Email :3


NƏ VAXTDI

Nə vaxtdı ruhumu odlayır atəş, 
İçimdə alışıb Xocalı yanır! 
Könülü cızhacız yalayır atəş, 
Alovu göylərə ucalıb yanır!

Nə vaxtdı dağılır evlər, ocaqlar, 
Göylərə tüstüsü, tozu ucalır! 
Nə vaxtdı boş qalıb qollar, qucaqlar, 
Özümlə Xocalı dərdim qocalır!

İçimdə bir ağı, sitəm dolaşır, 
Qocanı, körpəni ruhum ağlayır! 
Namus ləkələnir, qeyrət bulaşır, 
Nə vaxtdı bu könül qara bağlayır!

Vəhşətlə açılan körpə gözləri, 
Rpyama, yuxuma kleymo olub! 
Gecənin donuxan qarlı izləri, 
Saçıma ələnib, ruhuma dolub!

Nə ola gülləyə tuş olam mən də, 
Özümlə Xocalı bir daha ölə! 
Yoxsa ki, sızlayıb ildönümündə, 
Təvəkkül qalacaq zalıma kölə!

Təvəkkül Goruslu. 24. 02 2019.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts