Şair ve Yazarların Buluşma Sayfası

Punhane Eliyeva

Nə Olar

Email :3


Nə Olar

Nə olar, bir dəfə soruş hardayam,
Bəlkə ürəyimdə sözüm var elə?!
Bəlkə çətindəyəm, bəlkə dardayam, 
Bəlkə yollarında gözüm var elə?!

Nə olar, bir dəfə soruş necəyəm! 
Ağır bir yükdürmü səninçün canım? 
Açılmaz sabaham, soyuq gecəyəm,
Çıxılmaz yoluyam mən bu həyatın.

Sənsə möcüzəsən, gözümün nuru, 
İncə gülüşün də şad edir məni. 
Dünəndə buraxıb hirsi, qüruru, 
Gəl ovut qəlbimin incikliyini!

Nə olar, bir dəfə soruş hardayam! 
Bəlkə ürəyimdə sözüm var elə?!
Pünhanə, yanından uzaqlardayam, 
Məni bir sözünlə bəxtiyar elə!

Pünhane Eliyave
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts