Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Menim Ceyranlara

Email :3

Menim Ceyranlara


Mənim ceyranlara yazığım gəlir
Rahat gəzə bilmir yaşıl düzəndə
Mənim ceyranlara yazığım gəlir
Pələng hücum edir yalqız gəzəndə.

Balası yanında suya gələndə
Ya bir ovçu pusar,ya da canavar.
Otlamaq istəsə gülü-gülşəndə
Çalağan şığıyıb qovduqca qovar.

Mənim ceyranlara yazığım gəlir,
Ürkək baxışları canımı yaxar.
O məsum duruşu qəlbimi dəlir.
Uzaqdan dolanar,kənardan baxar.

O qara gözləri bulaq tək duru,
İlahi gözəllik üzümə gülür.
Fəqət taleyinin olmaz baharı,
Mənim ceyranlara yazığım gəlir…


Tənha Bulud Tamara Rustamova
www.kafiye.net


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts