Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

Meni Derde Salan Adam

Email :5

Meni Derde Salan Adam

Məni dərdə salan adam
Dərdin çoxluğu çoxluğu
Yıxıb məni sürüyübdür
Sənin yoxluğun yoxluğun.

Gəldi mənim başıma da
Daraq dəıymir başıma ta
Görürsən bu yaşımda da
Üzübdür məni yoxluğun.

Haray çəkim haraylıyım
Dərdim üstün qalaylıyım
Sən danış bəlkə anlıyım
Qəddimi əyib yoxluğun.

Dərd üstünə dərd qoymusan
Niyə bədgüman olmusan
Bəlkə sevgidən doymusan
Məni yıxıbdır yoxluğun.

Başıma olubdur qaxınc
Qəlbim dərdimə saxlanıc
Bu bir həsrətə başlangıc
Sənin yoxluğun yoxluğun

Nahidə Tağıyeva Qurbanova 23.08.2018
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts