Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

Menden Alıb

Email :3

Menden Alıb

Məndən alıb mənim sevgi payımı
De görüm kimlərə sən pay etmisən.?
Məni dəyişdiyin hər bir qadının,
Hansını de mənə sən tay bilmisən?

Saçlarıma sığal çəkən əllərin
Özgələrə necə sığal çəkibdir.?
Ruhumu canımdan alan sözləri
Özgələrə dilin necə deyibdir.?

Baxışların necə oxşayıb sevib?
Baxışların hansı dillə dindirb.?
De görüm bəs mənə olan sevgini.?
Baxışların necə olub gizləyib?

Hardadır qəlbində de mənim yerim?
Bəlkə də qəlbində yerim olmayıb?
Mən elə bilmişəm sevmisən məni.
Sevməyə heç demə vaxtın olmayıb ?

Nahide Tagiyeva Qurbanova
06.11.2017
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts