Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Tamara Rustamova Tənha Bulud

Men Nağıl

Email :14

Men Nağıl

Mənə nağıl demə dindən-imandan
Əvvəlcə arpanı ayır samandan
Hələ başın çıxmır yaxşı.-yamandan
Sənin bəd gümanın başına dəysin.

Təbrizi vermisən farsın əlinə,
“Qarabağ bizimdir”gəlməz dilinə.
Sən ki köməkçisən düşmən elinə,
Yalançı imanın başına dəysin.

Ziyarətə gedən qohum-əqraban
Farsa nökərçilik edib hər zaman.
Erməni bayrağın öpür durmadan
Minada qurbanın başına dəysin.

Dayan,dinlə,sözüm bitməyib hələ,
Sənə məzar olsun qurduğun tələ.
Günahlar belində odundan şələ,
Yasinin,Quranın başına dəysin.

Sözüm-xalqın sözü,sözümə gülmə!
Şairəm,mənimlə üz-üzə gəlmə
Bu Tənha Buludu arxasız bilmə!
Pisliyin-yamanın başına dəysin.

04.10.2019.
Tamara Rustamova Tenha Bulud
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts