Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Seadet Rzayeva

Madam ki

Email :14


Madam ki

Madam ki deməyə qalmamiş sözün,
Yolun açıq olsun, gedə bilərsən!
İndi ki, getməyə bəhanən çoxdu,
Qəlbindən adımı silə bilərsən.

Madam gedəcəkdin,niyə gəldin ki?
Gəldin həyatımı alt-üst etməyə?…
Ömrümə gələrkən xəbər aldin ki,
İzn istəyirsən indi getməyə?…

Götür xatirəni, unutma burda,
Səndən sonra məni izləməsinlər.
Xəyalın kölgəmlə əlbir olaraq,
Qapimin ağzında gözləməsinlər.

Həsrətin hər yerdə axtarıb, tapar,
Gecəyə döndərdin səhərlərimi….
İndi ki, gedirsən özünlə apar,
Bir anda qirdiğın ümidlərimi.

Seadet Rzayeva Qerib
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts