Şair ve Yazarların Buluşma Sayfası

Elmaya Cabbarova

Mənim ağ buludum

Email :3

Mənim ağ buludum



Mənim ağ buludum, könül həmdəmim,
Titrək hisslərimin şərik, ortağım,
Səninlə qurduğum ağ yelləncəyim,
Süzür səmalarda, sanki qağayım.


Yerdən ayağımı üzmək istəsəm,
Tez gəlib çatırsan, harayıma sən,
Sənlə buralardan getmək istəsəm,
Tutub əllərimdən aparırsan sən.


Mənim ağ buludum elə ağ qalsın,
Dönməsin qarayagöz dağlamasın,
Səhra Məcnunundur, dağsa Fərhadın,
Mavi səmalar da qoy bizim olsun!



Müəllif: Elmaya Cabbarova.

28.04.2023.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts