Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Məndən küsəndə

Email :3


Məndən küsəndə

Tər çiçəklər bağça-bağı bəzərlər,
Quşlar göy üzündə qoşa süzərlər,
Doğru sözmüş uman yerdən küsərlər.
Hər şeydən əl üzmə məndən küsəndə,
Dünyadan da küsmə məndən küsəndə.

Məhəbbətdir bu dünyanın məhvəri,
Xəzinədir könül adlı gövhəri,
Munisinə rəva görmə dərd -səri.
Hər şeydən əl üzmə məndən küsəndə,
Dünyadan da küsmə məndən küsəndə.

Tənha Bulud sevgi dolu ürəkdir,
Təkcə nəfəsiylə sənə köməkdir.
Dəymədüşər olmaq nəyə gərəkdir?
Hər şeydən əl üzmə məndən küsəndə,
Dünyadan da küsmə məndən küsəndə.

Tamara Rustamova Tenha Bulud
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts