Şair ve Yazarların Buluşma Sayfası

Mezahir İsgender

MƏN KƏNDDƏ DOĞULDUM, KƏNDDƏ BOY ATDIM

Email :3

MƏN KƏNDDƏ DOĞULDUM, KƏNDDƏ BOY ATDIM

Mən kənddə doğuldum,kənddə boy atdım..
Utammadım,sıxılmadım adımdan.
Sevdim baharın da,sevdim qışın da,
Kimliyimi çıxarmadm yadımdan.

Mən kənddə doğuldum,kənddə boy atdım…
Öyrəndim dilini gülün,çiçəyin.
Ötmədim yanından salam-kəlamsız,
Nə bir ağsaqqalın,nə ağbirçəyin.

Mən kənddə doğuldum,kənddə boy atdım…
Çapdım dağda-daşda qamış atımda.
Bu dağdan o dağa qalxıb,dırmaşıb,
Sönmədi həvəsim,mə inadım da.

Mən kənddə doğuldum,kənddə boy atdım…
Yatdım,qalxdım qoyun-quzu səsinə.
Şükr edib Allaha gündə min kərə,
Düşmədim şan-şöhrət,sərvət bəhsinə.

Mən kənddə doğuldum,kənddə boy atdım…
Gah gəzdim-dolandım ayaqyalın da.
Gah oldum dünyanın ən ağıllısı,
Gah göründüm dəlisayaq halında.

Mən kənddə doğuldum,kənddə boy atdım…
Nəfəsim ilk bahar nəfəsi oldu.
Tikanlı yollarda addım səsindən
Qəlbimə BİR VƏTƏN sevgisi doldu…

…Elə,kəndli oldu anam,atam da,
Nə ona,nə buna baxıb utandım.
Nə qədər xoşbəxtəm,xəşbəxtəm,Allah!
Mən kənddə doğuldum,kənddə boy atdım…

Kəndli MƏZAHİR İSGƏNDƏR.
24.06.2016.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts