Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Küsənim mənim

Email :15


Küsənim mənim

Sınıq bir ürəyin donubdur qanı,
Qara geyib çölüm, çəmənim mənim,
Tapammıram,- çözüm gəzir hər yanı,
Hanı qızılgülüm, süsənim mənim?…

Hər sözünə yeni nəğmə qoşanda,
Söyləyərdin, qalacam yaddaşında, 
Bəzən də hirslənib, əsib-coşanda,
Xəfif külək kimi əsənim mənim.

Maraqlanan yoxdu daha sözümlə,
Dərdi bölüşürəm özüm,- özümlə,
Seyr et bu dünyanı mənim gözümlə,
Ay kövrək qəlbimi üzənim mənim….

Başım üstə tutmuş idin çətrini,
Duyurdun sözümdə sevgi ətrini,
Oxuduğun şeirin hər bir sətrini,
Çiçək tək telinə düzənim mənim.

Sözüm çox…Qırılıb sazımın simi,
Böyüklər anlayar, böyük dərdimi,
Mən incitmək istəmərəm heç kimi,
Həssas düyğuları sezənim mənim.

Tərk etmək istəyir söz dünyasını,
San ki ölüb, tut şairin yasını, 
Araşdır hər beyti, hər misrasını,
Xəyalı göylərdə gəzənim mənim.

Çingizəm, qəlbimdə saf niyyətim var,
Yoldaşa, dostuma sədaqətim var,
İki kəlməm ilə əmanətim var,
Kiçik bir xətadan küsənim mənim.

27, 11. 2016.
Çingiz Kürdəmirli.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts