Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Elmaya Cabbarova

Könlümün sarı simi

Email :13

Könlümün sarı simi



Həzin bir musiqi çalınan zaman,

Çəkir qəm yükünü əhvalım yaman,

Fəryad qoparır tar, inləyir kaman,

Mizrab nalə çəkir sarı simimdə.




Sanki d
ərd yazılıb, ömür yaşıma,

Heç nə düzəlməyir, getmir yoluna,

Sağ tərəfi qoyub, gedir soluna,

Yollar qarışıbdır mənim səmtimdə.




Bir d
əli sevdanın əks – sədası var,

Başımdan çıxmayan mübtədası var,

Muğamı, segahı, öz bəstəsi var,

Könlümün yazdığı nəğmələrimin.




H
ər notu çalıram mən ayrı – ayrı,

Mənası ayrıdır, məntiqi ayrı,

Yanıb kül oluruq, biz ayrı -ayrı,

Ritmi dalğalanır sevgi dünyamın.




Bir q
əlb oxuyursa, o yalnız deyil,

Sözə, musiqiyə salmışdır meyil,

Yazdığı hər kəlmə, çaldığı hər not,

Qalacaq tarixin hafizəsində.



əllif: Elmaya Cabbarova.

11.03.2022.

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts