Şair ve Yazarların Buluşma Sayfası

Aygün Abbas

KÖÇ EDƏN İLLƏR

Email :3

KÖÇ EDƏN İLLƏR

Dərə-təpə, yoxuş, fərqi yox ki, heç…
Kaş sənə gəlməyin yolu olaydı.
Uzadib elinnen tuta bilməkçün,
O ötən günlərin qolu olaydı.

O ötən illerin ətəklərindən,
Tutardm yaşamaq, ölmək xətrinə.
Bu dəfə görüşə mütləq gələrdim,
Zalım ağrıları bölmək xətrinə.

Sükuta qərq olub, tarimar olub,
Yaralı quş kimi zavallı ürək,
Tənhalıq titrədir dodaqlarımda
Bu eşqin fəryadın, duyardın gərək.

Toxunsan səksənmir donubmu yoxsa
Əlinin istisin hiss edən əllər?
Köksümdə bir qübar məskən salıbdır,
Sonsuz yollar alıb köç eden illər.

 

Aygün Abbas.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts