Şair ve Yazarların Buluşma Sayfası

Mezahir İsgender

K İ M O L A

Email :3

Qəzəl

K İ M O L A

Hər anı il qədəri mən təki giryan,kim ola?
Ola bir yanı abad,bir yanı viran,kim ola?

Lalaya vəsli-nicat, bağlana vəslin qapısı,
Çatlaya dil-dodağı,səbri də biryan,kim ola?

Yetməyə dözməyə tab,ah çəkə,heydən mələyə,
Gölə,həm dəryalara gözləri vəryan,kim ola?

Dönə yaz-yayı qışa,üz çevirə dörd yanı da,
Yağa buz yollarına,cismi də üryan,kim ola?

Məzahir,sor bunu da,bəxtinə hicran yazılan,
Diləyən vəsli-ölüm sən kimi hər an,kim ola?

Məzahir İsgəndər
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts