Şair ve Yazarların Buluşma Sayfası

Esmer Bağırova

KƏM ARZULARIM

Email :3

KƏM ARZULARIM




Elə kövrəlmişəm elə dolmuşam

Açılıb könlümə qəm qapılarım

Ömür yollarında çox yorulmuşam

Ağrıdır köksümü kəm arzularım




Elə köklənmişəm duyğularıma

Dərd əkib,biçirəm ömür yoluma

Boylanıb baxıram sağım,soluma

Üşüdür könlümü nəm arzularım




Hara qoyum bu darıxan canı mən

Mənə dərddən uzaq bir yer göstərin

Yaralarım dərin-dərin ,inləyir

Yaramı sarmağa bir əl göstərin




Esmer Bağırova
www.kafiye.net


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts