Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

İLAHİ

Email :14
İLAHİ

Nahaq yerə rəsmini seyr eylədim,
Ağlımı başımdan aldı, İlahi….
Bilmədim savab, ya günah işlədim,…
Məni nə bəlaya saldı, ilahi?….

Kiprikləri sanki oxdu, iynədi,
Baxışları, görün məni neynədi…
Huridi, pəridi, mələkdi, nədi,
Bəlkə elə bir xəyaldı, İlahi?…

Gözünün üstünə tökülüb teli,
Duruşu aşiqin eyləyər dəli,
Əllərim qucaydı o mina beli,
Bu əlçatmaz bir vüsaldı, İlahi.

Süzgün baxışların, üzdə təbəssüm,
Vəsfilni etməyə çatmayır sözüm,
Dayandığın məkan olaydım özüm,
Gör nə gözəl bir əhvaldı, İlahi…..

Unutmayıb adəti, ənənəni,
Örtüb gizlətmişdi mərmər sinəni,
Kaş duyaydı ürəyimdən keçəni,
Biləydi ki, bu nə haldı, İlahi…

Səni gördüm, ruhum yolunu azdı,
Dilim söz tutmadı….Qələmim yazdı,
Bu necə ədadı, bu necə nazdı,
Ülvi hisslərimi çaldı, İlahi….

Əllərim öyrəşib yazmağa düzü,
Qəlbimdə buraxdın silinməz izi,
Sənin eşqin məhv elədi Çingizi,
İki kəlmə sözü qaldı, İlahi….

Çingiz Kürdəmirli.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts