Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

İ N A N M A M

Email :18

İ N A N M A M

(Bir nəfərin xahişi ilə)

İnanmam!..İnanmam!..İnanmam,yetər!..
Andın da,sözün də,özün də yalan!
Yalandı eşqin də,məhəbbətin də,
Odun-alovun da,közün də yalan!

Odun-alovun da,közün də yalan!
Toxunsam donacaq,buz olacağam.
Toxunsam,qar altda çicəklər kimi
Bir anda solub da,soluxacağam.

Toxunsam,donacaq,buz olacağam,
Toxunsam,gözümün odu sönəcək.
Toxunsam,dünyanın soyuq rüzgarı
Başımı-gözümü döyəcləyəcək.

Toxunsam,gözümün odu sönəcək,
Toxunsam,ah çəkib,göynəyəcəyəm.
Toxunsam,çıxarıb köynəyimi də,
Yerinə ah-zarı geyinəcəyəm.

Toxunsam,ah çəkib,göynəyəcəyəm,
Əlvida!..Ah,bu da ölümdən bətər!
Səsləsən,bir dönüb baxsam da,heyhat,
İnanmam!..İnanmam!..İnanmam,yetər!

Məzahir İsgəndər
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts