
Hardasan, Məzahir
Hardasan,ay Məzahir sən?
Əlin əldən üzüldümü?
Olan bu Kür,Araz çayı
Gözlərindən süzüldümü?
Nə gördüyün sonsuz səma,
Nə yağış o yağış deyil.
Nə tuşlanan,baxan bu göz,
Nə baxış o baxış deyil!
Hardasan,ay Məzahir sən?
O od-ocaq,köz söndümü?
Yoxa çıxdı dost-tanış da,
İndi səndən üz döndümü?
Nə gördüyün bu bağça-bağ,
Nə də bu dağ o dağ deyil.
Nə gördüyün gecə-gündüz,
Nə də bu çağ o çağ deyil!
Hardasan,ay Məzahir sən?
O gördüyün yox oıdumu?
Sənə həsrət gözəllər də
İndi xəncər,ox oldumu?
Nə yoluna,nə başına
Yağan bu daş o daş deyil!
Nə əl-ayaq,nə bu göz-qaş,
Nə də bu yaş o yaş deyil…
…Görənlər də necə desin
İndi kimsən,ya ki nəsən?
Yerdən-göydən əlin üzüb,
Hardasan,ay Məzahir sən?
Məzahir İsgəndər
30.05.2021
www.kafiye.net




