Şair ve Yazarların Buluşma Sayfası

Ülvi Ələkbərzadə

HƏRFLƏR

Email :3

HƏRFLƏR



Hərflər,
Kiminin dərdini
Kürəyinə alıb,
Söz-söz yeriyir
Ağ kağızda…
Kiminin göz yaşına
Şahid hərflər,
Tökülür gözlərdən
Bir damla kimi..
Düzülür yarpaq-yarpaq
Dodaqlara,
Göz yaşı tək intihar edib,
Düşürlər varaqlara..
Sökürlər varağın
İlmələrini,
Səpirlər ümidin
Qucağına..
Dözmür hərflərdə
Bu dərdə, kədərə,
Yumur gözlərini
Qəmdən islanmış dodaqların
Alnında..
Hərfsiz əlifbaya bənzəyir,
Sevinc göz yaşları..
Keçicidir, gəlib-gedərdir
Sevinc göz yaşları..
Gözlərdən asılan
Çiçək-çiçək hərflər
Ləçək-ləçək hərflər
Bürünübdür,
Küləyə,
Bürünübdür,
Yelə..
Yapışır kirpiklərə..
Dönübdür gözlərimin
Əlifbasına
Hərflər…



Ülvi Ələkbərzadə ( 02.03.2020)
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts