Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Şehla Ramazanqızı

Hər gecə könlümə qonaq gələnim

Email :16

Hər gecə könlümə qonaq gələnim

Gecələr oyanır bütün xəyallar,
Yenə sən yadıma düşürsən adam!
Ruhumuz hər axşam görüşə gəlir,
Özümsə özünə gör necə yadam? !

Ay sizə işığın salan ərəfə,
Gəlib pəncərəmi döyür xəyalın.
Bəlkə də kölgəsən, arzuladığım,
Bəs niyə gözümə dəyir xəyalın?

Payızın sarışın eşqi yenə də,
Özünü asırmı döş qəfəsində?
Qəlbinə yığdığın soyuq payızın,
Ətrini duyuram hər nəfəsində.

Dəli bir küləklə əsdi arzular,
Mənimçün xəyala dalırsanmı heç?
Hər gecə könlümə qonaq gələnim,
Bir yolluq ömrümdə qalırsanmı heç?!

Müəllif: Şəhla Ramazanqızı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts