Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Gülən deyiləm!

Email :16

Gülən deyiləm!

Deyin gözləməsin o dağlar məni,
Xəzan yeli vuran o bağlar məni,
Suyun içmədiyim bulaqlar məni!
Küsmüşəm,bəlkə də gələn deyiləm!
*
İnanma ey könül hər gülən üzə,
Çəkdiyin əməyi gətirmə sözə,
Hər kəs Haqqı danır qoy alsın gözə,
Heç kimin payını bölən deyiləm!
*
Baglısan Rəbbinə,öz yolundasan,
Şairəm deyənlər bilməsin asan,
Yummaram gözümü heç yorulmasam,
Xainlik nədir ki,bilən deyiləm!
*
Eləcə bağlıyam gözəl Allaha,
Açacaq yolumu aydın sabaha,
Ağlama kimsəyə yaş tökmə daha,
Kimsənin dərdiylə ölən deyiləm!
*
Əzəldən, sadiqəm Haqqı sevənə,
Dost odur ki,öz dostuna güvənə,
Ağlaram Âğamız,İmam Hüseynə,
Solmazam,matəmdə gülən deyiləm!

19-10-2017
Solmaz Şirvanlı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts