Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Gülə-gülə öləcəyəm

Email :15

Gülə-gülə öləcəyəm

Saf duyğudan yaranmışam,
Necə vardım, eləcəyəm,
İki əsr görüb gözüm,
Keçmişəm, həm gələcəyəm.

İlk sevgim nakam olubdu ,
Gözlərim yaşla dolubdu,
İlham pərim qovulubdu,
Bir də çətin görəcəyəm,

Gəlib çatmışam bu yaşa,
Başım dəyib daşdan-daşa,
Bənzərəm köçəri quşa,
Bu diyardan gedəcəyəm.

Şimşək kimi bir anlığa,
Cumub qatı qaranlığa,
Xidmət edib insanlığa,
Nadanlığa güləcəyəm.

Yurdumuzun düzlərində,
Gözəllərin gözlərində,
Aşiqlərin sözlərində,
Nəğmə kimi bitəcəyəm.

Əcdadına xor baxana,
Millətə qara yaxana,
Xalqın malını tıxana,
Hər nə gəldi deyəcəyəm.

Dönük dövran dağlasa da,
Köksüm yara bağlasa da,
Ürəyim qan ağlasa da,
Gülə-gülə öləcəyəm..

Çingiz Kürdəmirli.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts