Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

GÖZLƏMƏ.

Email :16

GÖZLƏMƏ.

Bilirsənmi sinəm necə dağlanıb,
Saçlarıma qar ələnib,ağlanıb,
Gələmmirəm,əlim-qolum bağlanıb,
Canım-gözüm,daha məni gözləmə..
*
Gecə-gündüz gözümdən yaş töküldü,
Yorğun gözüm yollarına dikildi,
Sənsiz qaldım,şux qamətim büküldü,
Canım-gözüm,daha məni gözləmə..
*
Ayırdılar bülbülü öz gülündən,
Doymadım ki sənin şirin dilindən,
Sən də yapış bir gözəlin əlindən,
Canım-gözüm,daha məni gözləmə..
*
Bundan belə qəmli həyat sürmə gəl,
Ürəyimə nisgil,yara vurma gəl,
Qəmli-qəmli yollarımda durma gəl,
Canım-gözüm,daha məni gözləmə..

Nazlı Hacılı.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts