Şair ve Yazarların Buluşma Sayfası

Aygun Rehimli

Geriyə Çağır

Email :3


Geriyə Çağır

 

O ağacın altda oturaq yenə,
Görüşə bəhanə uyduraq yenə,
Bacara bilmərik, qaytaraq yenə!
Səni yollar aldı, mənisə cığır,
Çağir, o illəri geriyə çağır.

Ağıl umdum, ürəyimdən-dəlimdən,
Sanki, nəsə duyacaqdım dilindən,
Getdin,axı nə gələrdi əlimdən,
Mən baxdım arxanca, hey fağır-fağır,
Çağir, o illəri geriyə çağır.

Düşündüm ki,ömrü böləm sənlə tən,
Fəqət,sənsiz saçlarıma düşdü dən,
Yadındadı,yağış yağdı,o gündən,
Hər sən gedən günü,gur yağış yağır,
Çağir,o illəri geriyə çağır.

Nə bilərdim,xatirəyə dönərsən,
Rəhimlidən uzaqda isinərsən,
Qayıtsan,daha başqa mən görərsən,
Dözürəm,sənsizlik olsa da ağır,
Çağir,o illəri geriyə çağır.

Müəllif:Aygün Rəhimli
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts