Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Gelsen

Email :15

Gelsen

Gəlsən sevgimizin qoxusun alaq, 
Süzək badələri, qəlblərə dolaq.
Bir deyək, bir gülək, bəxtiyar olaq.
Sevən sevilənin oduna yansın.
Bir “Cəngi” çal, qoy subaylar oyansın!

Yersiz tənələrə dözüb gəlmişəm,
Tənhalıq əlindən bezib gəlmişəm.
Ömrümü nizama düzüb gəlmişəm,
Bircə işarəmdən qananlar qansın.
Bir “Cəngi” çal, qoy subaylar oyansın!

Toyumuzda qol qaldırıb oynayaq, 
Kədəri, qüssəni geridə qoyaq.
Tanrı əhdimizə olacaq dayaq,
Zərif əllərinə xına boyansın.
Bir “Cəngi” çal, qoy subaylar oyansın!

Bəxtim gətiribdi sən kimi bəylə,
Pünhanə, sevgini gəl agah eylə,
Hərdən qulağıma sevirəm söylə.
Elə qışqır, axar sular dayansın.
Bir “Cəngi” çal, qoy subaylar oyansın!

Punhane  Eliyeva
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts