Şair ve Yazarların Buluşma Sayfası

Öyküler

GECE

Email :3

GECƏ

Köz tutub könlüm evi atəşə məruz bu gecə,
Alışıb yandı gülüm, gör nə fəğandır bu gecə,
Gözümü yolda qoyub, köksümü yandırdı yaxıb,
Döndü pərvanəyə çün, cismimi yandırdı gecə.

Baxıram ay dolanıb, gül üzünün nuru gecə,
Yığılıb dövrəmə sanki, mələyin huru gecə
Ay imansız, de niyə zülmətimə gün kimisən?
Olmusan gözlərimin qeybdəki zuhru gecə.

Yarə bir başqası yox, hər zülümü yar eləyər,
Nə səbəbdir görəsən,gül üzünü xar eləyər,
Köksünü parçalayar, ömrünü tar-mar eləyər,
Dərdunin dərmanı çox, gözlə gələr yar bu gecə,
Gün batar, axşam olar, xeyli ümid var bu gecə.

Əsmər Bağırova 2022

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts