Şair ve Yazarların Buluşma Sayfası

Metanet Duyĝulu

Gətirin mənə.

Email :4


Gətirin mənə.

Yurduma, elimə köç edən quşlar, 
Vətən çiçəyini, gətirin mənə. 
Əgər tapmasanız, qanlı lalənin, 
Bircə ləçəyini gətirin mənə.

Baş vurun zirvəyə, baş vurun düzə, 
Arabir boylanın, astaca bizə. 
Itmiş arzularim, görünsə gözə, 
Tapıb gerçəyini, gətirin mənə.

Qımli bülbüllərin yanıq dilinnən, 
Dərin dərəlırin coşan selinnən. 
Telli Tejgarımın, bəyaz telinnən, 
O ağ birçəyini gətirin mənə.

Çobanın yanıqlı tütək səsinin, 
Nazlı bulaqlarin zumzuməsinin, 
Qayğısız uşaqlıq düşüncəsinin, 
Gözəl göyçəyini gıtirin mənə.

O eldə obada keçib gəncliyim, 
Indi ondan ayrı yoxdu dincliyim, 
Soruşsalar məni maral kəkliyim, 
Seçib, hürkəyini gətirin mənə. 

Metanet Duyqulu.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts