Şair ve Yazarların Buluşma Sayfası

Aygün Abbas

Gəlməyəcəm sana dünya

Email :3

Gəlməyəcəm sana dünya

Yığılmışam cana dünya,
boyanmışam qana dunya,
Bir də yaşamaq eşqinə
Gəlməyəcəm sana dünya!

Olmadı bir qardaşım da,
Dərd otağım sirdaşım da
Itdi bədbəxt yaddaşımda
Söndü məndən yana, dünya?

Əlim ətəyindən uzaq,
Tanrım qalmışam yalquzaq.
Öz-özümdən düşüb qaçaq,
Bir kimse yox qana, dünya
.

Nə duyanım, soranım var,
Qora dönən min anım var.
Candan uzaq cananım var
Tək ümidim ona, dünya!

Yığılmışam cana dünya,
boyanmışam qana dünya,
Bir də yaşamaq eşqinə
Gəlməyəcəm sana dünya!



Aygün Abbas.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts