Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

EYNİ

Email :3

EYNİ

Nədir bu doğmalıq ,bu ülfət nədir
Xəyallar , duyğular, baxışlar eyni.
Özüm də bilmirəm bu necə sirdir,
Qayğılar, enişlər-yoxuşlar eyni.

Bu bəxti-taleyi mən yazmadım ki,
Ayları-illəri mən düzmədim ki,
Sənin dərdlərindən heç bezmədim ki,
Gözümüzdən yağan yağışlar eyni.

Ürəkdə bəslənir kövrək ümidlər,
Titrədir ürəyi titrək ümidlər.
Gah batır ,gah çıxır seyrək ümidlər,
Umular-küsülər, barışlar eyni.

Dilini yandırır adım, bilirəm…
Bircə işarədən qandım, bilirəm.
Tale budağına qondum, bilirəm
Taleyə iz salan naxışlar eyni.

Əsən meh bir şamı piləyə bilər,
Qasırğa Günəşə neyləyə bilər?
Allah nə istəsə eyləyə bilər,
Yalvarışlar eyni ,xahişlər eyni.

Tənha Bulud/1989 “İşıq ” qəzeti
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts