Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Düşmədi

Email :16

Düşmədi
(təcnis)

Sınadım qədərin düşər-düşməzin,
Taleyim nəhs, bir uğursuz “düşmə”di,
Xoş anlarım, barmaq ilə sayılan,
Dərdlərim minlərlə, “göydən düşmə”di…

“Şeş qoşa” yerinə, zər verdi “sə bir”,
Çox şeydə uduzdum, qalmadı səbir,
Gah tək səbir gəldi, gah da cüt səbir,
Vallah, heç birisi mənə düşmədi….

Biri “vurdu”, biri çəkdi, “hallandı”,
Mənalar dəyişdi, sözlər hallandı,
Mənliyimiz TV-lərdə hallandı,
Çox başa daş düşdü, başa düşmə,- di…

Ümidləri dirənsə də sal daşa,
Şair odur, sinəsindən söz daşa,
Qeyd eləyin, adım yazılan daşa,
Çingizi bir kimsə başa düşmədi.

03. 02. 2018.
Çingiz Kürdəmirli.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts