Şair ve Yazarların Buluşma Sayfası

Metanet Duyĝulu

DÜŞDÜK

Email :3


DÜŞDÜK

Əzəldən haqq olub, haqqa yanaşdıq,
Amma, haqsızlığın felinə düşdük.
Sevdamız uğruna dərə dağ aşdıq,
Həyatın bulanıq selinə düşdük.

Keçdi ömrümüzün çiçəkli anı,
Tikanlar, qanqallar kəsdi dörd yanı.
Qaytarmaq istədik ötən zamanı,
Namərdin, nadanın dilinə düşdük.

Qurdu yolumuzda həyat min kələk,
Mələk şeytan oldu, şeytanlar mələk.
Soldu qəlbimizdə min arzu dilək,
Dünyanın tozanaq yelinə düşdük.

Bilmədik taledi yoxsa ki, qədər,
Alışdıq mən səndən, sən məndın betər.
Həyat yolumuzu etdi dərbə -dər,
Hərəmiz özgə bir elinə düşdük.

Sardı könlümüzü həsrət qorxusu,
Aldı sevgimizi qəflət yuxusu.
Doyunca duymadan bahar qoxusu,
Ayılıb payızın ilinə düşdük.

Müəllif  Metanet Duyğulu.
12.07.2019
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts