Şair ve Yazarların Buluşma Sayfası

Mubariz Hüseyn

DÜNYAYA ETİBAR YOXDUR, TƏLƏS

Email :4


DÜNYAYA ETİBAR YOXDUR, TƏLƏS

Hər dəfə ötdükcə başımın üstdən,
Uçan təyyarədən quru səs qalır.
Özgələr baş alıb ucalır göyə,
Qəlbimdə, xəyali boş həvəs qalır.

Kimi, təkan ilə qalxır yuxarı,
Kimin üzə gülür xoş arzuları.
Sorsalar: – qəm gedir, bəs kimə sarı?
Məni göstərirlər – bircə kəs qalır.

Xoş ətir verərmi, yetişməsə bar?
Çox ömür məhv edər, vaxtsız yağan qar.
Mübariz dünyaya yoxdur etibar.
Qəlbində nə varsa; yaz, tələs qalır.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts