Şair ve Yazarların Buluşma Sayfası

Elmaya Cabbarova

Dünyanın halı

Email :3

Dünyanın halı


Çox böyük həvəslə şəhərlər salan,
Qocanın, körpənin qeydinə qalan,
Artıq həqiqətlər olub bir yalan,
Atanı – ananı bir heçə sayan,
Deyəsən dünyanın sahibi olur!




Unudub dünyanın haqqı – sayını,

Əldə hazır tutur ox və yayını,
Eşitməyir zalım məzlum vayını,
Qəddar düşüncələr, daş olmuş ürək,
Deyəsən dünyanın sahibi olur!




Görəsən göylərdən enmiş mələklər,

Yuxuyamı gedir, iflicmi olur?
Barıt qoxusunu yayan küləklər,
Yer üstündə gəzən şeytan, iblislər,
Deyəsən dünyanın sahibi olur!




əllif: Elmaya Cabbarova.

05.03.2022.

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts