Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Aygün Abbas

Dön Xəzərə qayıt gəl.

Email :19


Dön Xəzərə qayıt gəl.

Qayıt geriyə dön gəl,
Səmani qaytar mənə.
Xoşbəxt keçən günləri,
Zamanı qaytar mənə…

Günü gundən soyuyur,
Burda hava donuram.
Sənsiz həyat uyuyur,
Səni həyat sanıram.

İtirdim sən gedəni,
Yolları da, götür gəl.
Qayidib gəlməyinə,
De görüm nədir əngəl?

Qorxuram bu yollara,
Baxmaqdan da ezizim.
Bir arzum var səninlə,
Xəzəri birdə gəzim.

Yoxa çıxıb gözümdə,
Sən gedəni bu şəhər.
Qayıt nur ol üzümdə,
Sənsiz açılmır səhər.

Hicrana arxa dön gəl
vüsali qaytar mənə.
Qayit mənə uzat əl,
Ömrümü verim sənə.

Aygün Abbas
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts