Şair ve Yazarların Buluşma Sayfası

Solmaz ŞİRVANLI

Dön geri

Email :3


Dön geri

Gəl ki,belə üz çevirmə ey gözəl,
Olan oldu,keçən keçdi dön geri!
Ruhuma doğmaydın, könlümə yaxın,
Ömrümüzü xəzan bicdi dön geri!

Keçdi getdi ömrümüzün baharı,
Soldu getdi ağacların nübarı,
Düzdü tellərinə qırovu-qarı,
Xoş günlər ya iki-üçdü dön geri !

Solmaz öz sözündən dönməyib, dönməz,
Uçar quşlar kimi səmadan enməz,
Çəkilər özünə danışmaz,dinməz,
Ayrılıq şərbətin içdi dön geri!

Solmaz Şirvanlı
22-07-2019
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts