Şair ve Yazarların Buluşma Sayfası

Təvəkkül Goruslu

DİRİLDƏ BİLMİR

Email :3
Təvəkkül Goruslu

DİRİLDƏ BİLMİR



Düşüncə o qədər durğundu, şüur,
Çalışır, əlləşir durulda bilmir.
Ruh da ki, o qədər yorğundu, qürur,
Toxluqla ilhamı dirildə bilmir!


Dalğasız, ləpəsiz dənizdi yaddaş,
Xatirə küləyi əsmir üstündən.
Əlçatmaz, ünyetməz arzular sirdaş,
Məzarlıq çiçəklər bitər dəstindən!


Bu sükut, səssizlik ölümdən betər,
İdrakda fırtına, tufan istərəm.
Yazılan, söylənən hamıya yetər,
Qəlblərə asayiş, irfan istərəm!



Təvəkkül Goruslu. 11. 05. 2023

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts