Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Dinmirsen

Email :14

Dinmirsen

Dinmirsən,dinmə heç dindirməyəcəm,
Eşqimi göylərdən endirməyəcəm,
Nadanı özümə güldürməyəcəm,
Sözümdə doğruyam,dayanma düz keç!
*************
Sən elə bilmə ki,yalvarasıyam,
Ölərəm kiməsə əyilmərəm heç,
Düşüb ayağıma yalvaracaqsan,
Səni unutmuşam daha gecdi gec!
***************
Ürəklər oxuyur ürəyim mənim,
Hər kəsdən saf arzum, diləyim mənim,
Bil ki,sən deyilsən gərəyim mənim,
Get indi özünə öz tayını seç.
**************
Bilirəm peşiman olmusan indi,
Xəzan yarpağı tək solmusan indi,
Qara buludlar tək dolmusan indi,
Arzun ürəyində edəcəksən köç.
*****************
Hələ çox peşiman dolanacaqsan,
Hər məni görəndə bulanacaqsan,
Gözün yaş tökəcək sulanacaqsan,
Solmazam,arxaya dönmərəm də heç!!!!
Eşqin göylərindən enmərəm də heç!!!!

06-12-2016
Solmaz Şirvanlı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts