
Deyərsən ki, yoruldu.
Sənə elə baglandım,
Yıxılmaram sanırdım.
Ürəksizmi tutundun?
Hər addımda qırıldım.
Eşq qovuşmaq deyil ki,
İmkansızı bilməkdi.
Sahib olmasan belə,
Dəli kimi sevməkdi.
Sevginin məsum halı –
Əlacsız hiss eylemek.
Ayrılıga bağlıqlıdı,
Başqasını sevməyək.
Çox da uzaq deyilsən,
Aramızda qürurdu,
Səndən əvvəlcə ölsəm,
Deyərsən ki, yoruldu.
Xurman Camalqızı
www.kafiye.net
13. 09. 2020.




