
Derya Deyer
Tənha bulud şimşək dillə danışar
Bir gün gedər buludlara qarışar
Tənha qayıq yad sularda batanda
O buludu dəryalardan soruşar
Dərya deyər: “məndə qərar tutmadı
Ləpələndim,sularımda yatmadı
Buxarlandı,uçdu,əlim çatmadı
Səmalarda mələklərlə yarışar.
Tənha qayıq fırtınada qərq olar
Enər yelkənləri, yellə sovrular
Tənha bulud şimşəyində qovrular
Damla-damla,buxar-buxar qovuşar.
Tamara Rustamova Tənha Bulud
www.kafiye.net




