Şair ve Yazarların Buluşma Sayfası

Fəridə Köçərli İbrahimova

Demişdim

Email :3

Demişdim




Demişdim ölümdən ayrılıq betər,

Sən demə ondan da betəri varmış.

Adı xəyanətdir ömrünə yetər.

Yayı xəzan imiş,baharı qarmış




Bükməyi agırmış,açmağı armış.

Nə var ayrılığa, hicran adında.

Xəyalı başında,vüsal dadında…

Eşq xəyanətin getsə badında,




Əzəldən xəmiri belə yogrulmuş.

Bükməyi agırmış,açmağı armış.

Bir də söyləmişdim inam itirsə,

Calaqla təzədən ümid bitirsə,




Xeyri yox, etibar sonda bitirsə.

Demə billur,,çayın”lilli axırmış,

Bükməyi agırmış,açmağı armış.




Fəridə Köçərli.

01.02.22.

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts